Dünya

Oğluna yemək saxlamayan ata onu öldürdü

12 Aprel 2023 21:53
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Karnataka ştatının sakini bütöv bir toyuğu yeyib, sonra isə buna qəzəblənən oğlunu öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 32 yaşlı Şivaram evə qayıdanda atası Şinanın bütöv toyuğu yediyini və ona heç nə saxlamadığını görüb. Buna görə də oğul narazılığını bildirib və aralarında sözlü mübahisə başlayıb.

Sonda Şina əsəbiləşərək taxta dəyənəyi götürüb və oğlunu vurub. Nəticədə o, dünyasını dəyişib.

Hadisə yerinə gələn polis qatili həbs edib. Mərhumun həyat yoldaşı və iki övladı qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.