Dünya

Tatarskinin qatilinin cəzası Moskvada veriləcək

4 Aprel 2023 07:41
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskinin qətlində şübhəli bilinən Darya Trepova barəsində Moskvada həbs qətimkan tədbiri seçiləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Ehtimal ki, onun barəsində həbs qətimkan tədbiri Moskvada seçiləcək", - mənbə əlavə edib.

Qeyd edək ki, bazar günü Sankt-Peterburqda kafedə partlayış baş verib. Hərbi müxbir Vladlen Tatarski (əsl adı Maksim Fomin) ölüb, 33 nəfər yaralanıb. Bazar ertəsi hadisədə şübhəli bilinən 26 yaşlı Sankt-Peterburq sakini Darya Trepova saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.