Türkiyədə prezidentliyə namizədlərin son siyahısı dərc olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı "Rəsmi" qəzetdə dərc olunub.
Milli.Az "report"a istinadən bildirir ki, prezidentliyə namizədlərin adlarının əlifba sırası ilə - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və "Ata İttifaqı"nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb.
Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu siyasi kampaniyada 64 milyondan çox seçici səs verəcək.
"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası təmsil olunur. Sabiq Baş nazir Nəcməddin Ərbakanın yaratdığı və hazırda oğlu Fatih Erbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyası və Hür Dava Partiyası da R.T.Ərdoğanın namizədliyini dəstəkləyir.
"Millət İttifaqı"nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi





