Dünya

13 yaşlı məktəbli müəllimini öldürüb və dörd nəfəri yaralayıb

28 Mart 2023 09:06
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllimi və bir şagirdi yaralayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bazar ertəsi yaşanıb.

Məlumata görə, 13 yaşlı yeniyetmə məktəbə bıçaq gətirərək 71 yaşlı müəllimə hücum edib. Müəllim aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Mərhumun daha üç həmkarı və bir şagird də təcavüzkarın hərəkətlərindən zərər çəkib və sonda onu zərərsizləşdirərək polisə təhvil veriblər.

Yeniyetmə saxlanılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.

Təcavüzkarın özü faciədən bir qədər əvvəl "Twitter"də planları haqqında yazıb. Şagirdlərin sözlərinə görə, hücuma səbəb irqi münaqişə və digər uşaqlar tərəfindən təcavüz ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.