Ötən sutka ərzində Ukrayna sərhədçiləri Rusiya ordusunun Baxmut şəhərinə dörd hücumunu dəf edərək, 14 rus hərbçisini zərərsizləşdirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Vaqner dəstələri sakitcə müdafiə xəttini yarmağı planlaşdırırdılar. Lakin onlar müdafiəçilərimizdən cəmləşmiş atəş gördülər. İşğalçılar xarabalıqların arasından qaçıblar" - məlumatda deyilir.
Milli.Az