Dünya

Turisti qarət edən iranlı "polis"lər saxlanıldı - VİDEO

15 Mart 2023 20:27
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə iranlı dələduzlar saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə İstanbul şəhərində Fateh Memar Kəmaləddin məhəlləsi Turanlı küçəsində baş verib. Özlərini polis kimi təqdim edən iranlı 35 yaşlı Toosı. M, 22 yaşlı Mehran. M və 18 yaşlı Satar. S saxlanılıb. Məlumata görə, onlar küçədə gəzən seneqallı turist İ. F-yə avtomobillə yaxınlaşaraq, özlərini polis kimi təqdim ediblər. Turistlə bir neçə dəqiqə söhbətdən sonra iranlılar onun 2622 dollar və 17 min lirə pullarını götürərək, qaçıblar. Bu zaman avtomobildən sallaq qalan turist bir neçə metr sürüklənib.

Cinayətkarlar Beylikdüzündə saxlanılaraq, həbs ediliblər. Onların daha bir neçə anoloji əməlləri üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.