Dünya

Moskva səmasında UNO göründü: Yanacaqdoldurma məntəqəsinə doğru uçdu - FOTO

14 Mart 2023 21:45
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Yeni Moskva istiqamətində uçan naməlum obyekt (UNO) görünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, UNO Kaluqa şosesində yerləşən "Tatneft" yanacaqdoldurma məntəqəsinə doğru uçub.

Gecə saatlarında bölgədə patrul xidmətində olan polis qrupundan bununla bağlı informasiya daxil olub. Polis qrupu aşağı hündürlükdə uçan və işıq saçan obyekt gördüyünü bildirib. UNO yanacaqdoldurma məntəqəsinə doğru hərəkət edib və bir müddət sonra yenidən Mixaylovo-Yartsevo qəsəbəsi istiqamətinə qayıdıb.

Xatırladaq ki, keçən cümə günü də Yeni Moskvada UNO-lar müşahidə ediliblər. Patrul polisi aşağı hündürlükdə dövrə vuran dörd obyekt gördüyünü deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.