Dünya

Rişi Sunak Müdafiə Nazirliyinə əlavə 5 milyard funt sterlinq ayıracaq

13 Mart 2023 09:05
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları artıracağını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş nazirliyin ofisinə istinadən xəbərinə görə, növbəti iki il ərzində Müdafiə Nazirliyinə sursat ehtiyatlarının artırılmasına və gücləndirilməsinə, nüvə müəssisəsini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirməyə kömək etmək üçün əlavə 5 milyard funt sterlinq ayırılacaq.

Qeyd olunub ki, bu Birləşmiş Krallığın getdikcə dəyişkən və mürəkkəb dünyanın çağırışlarına cavab vermək üçün atılmış bir addımdır.

Ayrılan büdcənin 1,9 milyard funt-sterlinqi Ukraynaya göndərilən silahların əvəz olunmasına və Böyük Britaniyanın sursat infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.