Dünya

Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

12 Mart 2023 16:38
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının azı 10 tərəfdarı ölkənin cənubunda yerləşən Hilmənd əyalətində zəhərlənmə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bazar günü yerli mənbəyə istinadən Khaama Press agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü əyalətin mərkəzi hissəsində baş verib. Ən azı 10 radikal zəhərlənmiş yemək yeyib və tezliklə ölüblər, onların hamısı Taliban keçid məntəqəsini mühafizə edirdi.

Mənbə bunun planlaşdırılmış hadisə olduğunu iddia etsə də, insidentdə hansı təşkilatın əli ola biləcəyi barədə ətraflı məlumat verməyib.

Məlumata görə, Taliban tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələri Hilmənddə öz yaraqlılarının ölümünü təsdiq etmir və bunu gizlətməyə çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.