Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkilərinin satıldığı bölməyə yaxınlaşıb 25 ədəd spirtli içki butulkasını yerə ataraq sındırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Qadın polislər tərəfindən saxlanılıb.
O, ilkin ifadəsində bu addımı stresdən azad olmaq üçün etdiyini bildirib.
Araşdırma davam etdirilir.
Milli.Az