Stresdən azad olmaq üçün spirtli içki butulkalarını sındırdı - VİDEO

11 Mart 2023 13:22

Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkilərinin satıldığı bölməyə yaxınlaşıb 25 ədəd spirtli içki butulkasını yerə ataraq sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qadın polislər tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində bu addımı stresdən azad olmaq üçün etdiyini bildirib.

Araşdırma davam etdirilir.

Milli.Az