Dünya

Putin hücum edərkən bunu nəzərə almayıb - Kəşfiyyat

9 Mart 2023 11:16
Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ kəşfiyyatının illik təhdidlərin qiymətləndirilməsi ilə bağlı hesabatında bildirilib.

"Putin, çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin imkanlarını və döyüş meydanındakı uğurlarının miqyasını səhv qiymətləndirib. Rusiya hərbçiləri köhnəlmə, kadr çatışmazlığı və mənəvi-psixoloji problemlərlə üzləşib və bundan sonra da üzləşəcəklər ki, bu da onların qüvvələrini Ukraynanın əks-hücumlarına qarşı həssas edir", - hesabatda vurğulanıb.

Qeyd olunub ki, qismən səfərbərliyin tam effekti yalnız yaz və yay aylarında hiss olunmağa başlayacaq:

"Rusiya qüvvələri Donbasda cəmləşməyə davam etsə də, yəqin ki, 2023-cü ildə də onu tam zəbt edə bilməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.