Dünya

İtaliyanın şimalında anarxistlər polislə toqquşub

5 Mart 2023 15:12
Baxış: 796
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın şimalındakı Turin şəhərində həbsdə olan ekstremist Alfredo Kospitoya dəstək yürüşü keçirən hüquq-mühafizə orqanları əməkdaşları ilə anarxistlər arasında toqquşma baş verib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, yürüşdə minə yaxın insan iştirak edib. Nümayişçilər bir neçə vandalizm aktı törədiblər: sındırılmış vitrinlər, zədələnmiş avtomobillər və yol nişanları. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Zərərçəkənlərin, o cümlədən iki polis əməkdaşının olduğu qeyd edilir. Qəzet yazır ki, 10-a yaxın adam polis bölməsinə aparılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.