Dünya

27 yaşlı repçinin ölüm səbəbi bəlli oldu

3 Mart 2023 23:36
Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, rusiyalı repçi "Yunq Trappa" (Vladislav Şiryayev) bir ay əvvəl Sankt-Peterburqdakı mənzilində ölü halda tapılmışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu gün isə 27 yaşlı sənətçinin ölüm səbəbi bəlli olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, repçi narkotik maddədən dozadan artıq istifadə etdiyi üçün vəfat edib.

Qeyd edək ki, repçi 14 ay həbsdən sonra yanvarda azadlığa çıxmışdı. O, iki qızı zorlamaqda ittiham olunmuşdu. Bundan əlavə, Vladislav 2016-cı ildə narkotik alverinə görə də 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.