Dünya

Polis həmkarını güllələdi

1 Mart 2023 22:37
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Omsk vilayətinin Kalaçinski rayonunda polis 22 yaşlı həmkarını güllələyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə fevralın 27-də axşam saatlarında baş verib. Polis əməkdaşlarından biri ehtiyatsızlıqdan xidməti silahla həmkarına atəş açıb. Zərərçəkmiş qarın boşluğunun güllə yarası ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən baş serjant iş yoldaşını "zarafata" güllələyib. Dindirmə zamanı atəş açan şəxs silahın dolu olmadığını düşündüyünü deyib. Onun sözlərinə görə, öldürdüyü əməkdaşla arasında heç bir münaqişə olmayıb.

Hadisənin bütün halları müəyyən edilir, Omsk vilayəti üzrə İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.