Dünya

Türkiyə və BMT Rusiya üçün təminat istəyir

27 Fevral 2023 09:50
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və BMT Rusiyanın kənd təsərrüfatı məhsulları və ammiakının bazarlara çıxması üçün böyük təminat istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı danışıqlarda iştirak edən mənbəyə istinadla məlumat yayıb.

"Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. Mən istərdim ki, Qərb ölkələrindən böyük təminatlar alınsın və bu, ictimaiyyətə açıqlansın", - mənbə bildirib.

Onun sözlərinə görə, bu, Qara Dəniz Taxıl dəhlizinin rahat işləməsinə kömək edəcək.

Qeyd edək ki, taxıl razılaşmasının müddəti martın 18-də başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.