Dünya

Yermak: “İran PUA-ları Ukrayna və Səudiyyə Ərəbistanının maraqlarını birləşdirir”

26 Fevral 2023 23:56
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ukrayna və Səudiyyə Ərəbistanına dron hücumları hər iki ölkə üçün ümumi problem yaradır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak fevralın 26-da öz "Telegram" kanalında yazıb.

"Sizə xatırlatmaq istərdim ki, Ukrayna və Səudiyyə Ərəbistanının ümumi çətinlikləri və onlarla mübarizə təcrübəsi var. Söhbət müəyyən "üsyançılar"a verilən və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlar həyata keçirən İran PUA-larından gedir", - Yermak qeyd edib.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Kiyevə səfər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.