Dünya

Ana 3 aylıq körpəsini döyə-döyə öldürdü - ŞOK SƏBƏB

26 Fevral 2023 22:17
Baxış: 1 564
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Smolensk vilayətində sərxoş ana üç aylıq oğlunu öldürüb.

Milli.Az Lent.az-a istinadla bildirir ki, cinayət fevralın 23-də törədilib.

Məlumata görə, 20 yaşlı sərxoş qadın övladının atası ilə telefonla danışıb. Aralarında məişət zəminində münaqişə olub. Bu zaman onun 3 aylıq oğlu ağlamağa başlayıb.

Qadın ağlamaqdan əsəbiləşib və körpənin üzünə azı iki dəfə zərbə endirib. Bir müddət sonra o, təcili yardım çağırmağa qərar verib. Lakin həkimlər gələnə qədər uşaq artıq ölüb.

Qadın saxlanılıb və ölümlə nəticələnən qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.