Dünya

6-cı sinif şagirdini zorla saxlayan polkovnik-leytenant yoxlanılır

24 Fevral 2023 20:40
Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Tambovda 6-cı sinif şagirdini narkotik maddə yaymaqda şübhəli biliərək saxlamağa cəhd edən polis polkovnik-leytenantına qarşı yoxlama başlayıb.

Milli.Az bildirir ki, bu barədə "Ehtiyatlı olun. Xəbərlər" Telegram kanalı xəbər verib.

Mənbənin sözlərinə görə, hadisə baş verən gün Jerdevski rayonu üzrə polis idarəsinin rəis müavini xəstəlik məzuniyyətində olub. Polis şəxsi işi ilə bağlı gedərkən küçədə telefonu ilə nəsə çəkən bir qız diqqətini çəkib. Polisə elə gəlib ki, kapüşonlu və arxasında kürək çantası olan gənc qız ağacın yanında qoyduğu bağlamanın şəklini çəkib.

Maşından düşəndən sonra kişi qızı tutub və ondan qanunsuz maddələr soruşmağa başlayıb. Tanımadığı şəxsdən qorxan məktəbli qaçmağa çalışıb. Polis onu tutub və üzünü yerə sıxıb. Bu zaman anası qızın yanına qaçıb və o, altıncı sinif şagirdinin sadəcə gəzməyə getdiyini və ağacın şəklini çəkməyə qərar verdiyini söyləyib.

Hazırda polis araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün şəraitini öyrənirlər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.