Dünya

Zəlzələdə dağıntılardan çıxarıldı: Qəbirə qoyularkən dirildi - FOTO

23 Fevral 2023 21:55
Baxış: 3 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada zəlzələdən sonra dağıntılar altından çıxarılan şəxsin maraqlı hekayəsi bütün dünyada rezonans doğurub. 

Milli.Az Bakupost.az-a istinadla bildirir ki, təbii fəlakət Suriyanın şimalında da böyük dağıntılara səbəb olub. Ölkənin şimalında 5 mindən çox insan həyatını itirərkən, 4 milyon insanın evi uçmaq təhlükəsi ilə üz-üzədir. 

Suriyada zəlzələdən sonra baş verən maraqlı hadisə dünya mətbuatının gündəminə düşüb. 

Suriya mətbuatının məlumatına görə, Əhməd əl-Məğribinin ailəsi dağıntılar altından oğlunu tanıyıb və öldüyünü zənn edərək cəsəd torbasına qoyub. Daha sonra 'cansız cəsədi' basdırmağa aparan ailə qəbiristanlığa gələndə şoka düşüb. 

Meyit çantası birdən tərpənməyə başlayıb. Dərhal çantanı açan ailə Əhmədin sağ olduğunu görüb, onu xəstəxanaya aparıblar. Xəstəxanada müalicə alan Əhmədin vəziyyətinin yaxşılaşdığı açıqlanıb.

Həkimlər bildirdilər ki, ürəyi dayanmış insanlar həyata qayıda bilər, lakin bu milyonda bir olur. 

Qeyd edək ki fevralın 6-da saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. 

Zəlzələ, Suriya, İraq. Livan, İordaniya və Misirdə də hiss olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.