Dünya

Türkiyədə donmuş şəlalə görənləri heyran qoydu - FOTO

23 Fevral 2023 08:57
Baxış: 1 371
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt şəhərində Sırakayalar şəlaləsi donub. Sosial şəbəkələrdə bununla əlaqədar görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda 20 dərəcə şaxta səbəbindən şəlalədə yaranan və uzunluğu 15 metri keçən sırsıralar əks olunub.

Qeyd edək ki, ekoturizm baxımından bölgənin əhəmiyyətli məkanları sırasında olan şəlalə şəhər mərkəzindən 16 kilometr aralıda yerləşir. Yaz-yay aylarında buz kimi soyuq suyu və təbii gözəllikləri ilə təbiətsevərləri qarşılayan Sırakayalar qışda da möhtəşəm görüntüsü ilə göz qamaşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.