Dünya

Pentaqon Rusiyadan qitələrarası ballistik raket sınağı barədə bildiriş alıb

23 Fevral 2023 07:28
Baxış: 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

"Biz START-3 müqaviləsinin prosedurları vasitəsilə Rusiyanın qitələrarası ballistic raketi sınaqdan keçirəcəyi barədə məlumat aldıq", - deyə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinqdə bidirib.

O əlavə edib ki, bildiriş həftəsonu alınıb.

Fevralın 21-də CNN adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ərəfəsində raket sınağı keçirib.

Məlumata görə, buraxılış uğursuz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.