Dünya

Makronu öldürmək istəyənlərə hökm oxundu

18 Fevral 2023 19:13
Baxış: 601
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa məhkəməsi ifrat sağçı qrupun üç üzvünü prezident Emmanuel Makrona sui-qəsddə təqsirli bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar bir ildən üç ilədək müddətə azadlıqdan məhrum ediliblər.

İttiham tərəfinin dediyinə görə, "Les Barjols" kimi tanınan radikal millətçi qrupun üzvləri dövlət çevrilişi etməyi planlaşdırıblar.

Onlar Fransa prezidentinə qarşı sui qəsdi Fransanın Birinci Dünya Müharibəsinin bitməsi ilə əlaqədar təşkil etdiyi təntənəli tədbirdə həyata keçirməyi planlaşdırıblar.

Onlar bıçaqla silahlanıb və Fransa Prezidentini soyuq silahla öldürmək istəyiblər.

Ekstremistlərin vəkilləri qruplaşmanın dəqiq fəaliyyət planının olmadığına təkid edirdilər.

Buna baxmayaraq, Fransa məhkəməsi hər üç şəxsi terror aktı hazırlamaq üçün sui-qəsddə təqsirli bilib və onları bir ildən üç ilə qədər müddətə azadlıqdan məhrum ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.