Münxendə İran rejiminə etiraz: “Rədd olsun diktatura!” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 17-də Almaniyanın Münxen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya iştirakçıları "Diktatora ölüm!", "Xamneyiyə ölüm!", "Rədd olsun diktatura!", "Qadınlara azadlıq!" kimi şüarlar səsləndiriblər.
Xatırladaq ki, bu gün İranın böyük şəhərlərində də kütləvi aksiyalar davam edib və bənzər şüarlar səsləndirilib.
Ötən ilin sentyabrından başlayan kütləvi aksiyaların artıq 6 aydır həbslərə və edamlara baxmayaraq davam etməsi İranda daxili vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir.
Kütləvi aksiya iştirakçılarına qarşı törədilən vəhşilik və qəddarlıq dünya ictimaiyyətini də narahat etməyə başlayıb.
Münxendə iranlı miqrantların kütləvi aksiya keçirməsi təsadüfi deyil. Bildiyimiz kimi, bu gün Münxendə hər il keçirilən Təhlükəsizlik Konfransı işə başlayıb. Konfransda Avropa və Asiya dövlətlərinin liderləri, tanınmış ictimai-siyasi xadimlər, dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Aksiya iştirakçılarının məqsədi də dünyanın siyasi elitasının diqqətini İranda baş verən haqsızlıqlara və qanunsuzluqlara cəlb etməkdir.
Xatırladaq ki, ötən ilin sentyabrında 22 yaşlı qadının polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra başlayan kütləvi aksiyalar İranın irili-xırdalı bütün şəhərlərində davam edir. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib, banklar, inzibati binalar dağıdılıb, polis və təcili tibbi yardım avtomobilləri yandırılıb. Aksiya iştirakçılarını iğtişaşlara sövq edən əsas səbəb hökumətin onları "terrorçu", "xarici dövlətlərin agentləri" adlandırması və göstərilən qəddarlıq olub. Bu günədək qarşıdurmalarda 500-ə yaxın aksiya iştirakçısı və təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı həlak olub. Həbs olunanların sayı 15 mini ötüb, 100-dən çox şəxs edam edilib.
Ötən əsrin ortalarında İranda inqilabi proseslər başlayanda cəmiyyətdə heç kim orta əsrlərin şəriət qanunları ilə yaşamağa davam edəcəyini ağlına belə gətirmirdi. İnsanlar dini ədalətin bərqərar olacağına, ölkənin dünya ilə daha sıx inteqrasiyasına, şah rejiminin qəddarlığına son qoyulacağına və ən başlıcası, zəngin yeraltı sərvətlərə malik ölkədə əhalinin rifahının yüksələcəyinə inanırdılar. Bu inam on minlərlə insanın küçələrə çıxmasına, şah rejimi əleyhinə təşkil olunan kütləvi aksiyalara qatılmasına səbəb olurdu. Lakin 1979-cu il İslam inqilabından sonra vəziyyət başqa istiqamətə yönəldi və çox keçməmiş insanlar gözlədikləri həyat səviyyəsinə çata bilməyəcəklərini anladılar.
Məhkəmələrin əl kəsmək, qadınları çadraya məhkum etmək barədə qərarları və digər şəriət qanun-qaydalarının tətbiqi insanların inqilaba münasibətini tamamilə dəyişdi, lokal etirazlar baş qaldırdı. Lakin rejim təbliğat və zor gücünə insanları ram edə bildi. İnqilabdan sonra minlərlə görkəmli ziyalı, tanınmış alim, mədəniyyət xadimi ölkəni tərk etdi. Yeni hakimiyyət yeni siyasi xətt tutaraq regionda hökmranlıq etmək üçün "Şiə hilalı" kimi geosiyasi layihələri ortaya atdı.
Neft və qazdan əldə olunan milyonlar ölkənin inkişafına və sosial vəziyyətin yüksəlməsinə deyil, region dövlətlərinə təsir etmək üçün yaradılan siyasi və bəzən də silahlı qruplaşmaların maliyyələşməsinə yönəldildi. Digər tərəfdən nüvə proqramını həyata keçirərək dünyanın diqqətini üzərinə çəkdi və sərt sanksiyalara məruz qaldı. Bütün bunlar ölkədə sosial-iqtisadi vəziyyəti son dərəcə ağırlaşdırdı. Artıq əhali təbliğata uymur və anlayır ki, rejimin yürütdüyü siyasət ötən 40 ildə İrana nəinki inkişaf və rifah gətirməyib, əksinə, onu dünyadan təcrid vəziyyətə salıb.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, İranda davam edən kütləvi aksiyalar heç də təkcə qadın hüquqlarının müdafiəsi və bu kimi digər məsələlərlə bağlı deyil, insanlar artıq beziblər və rejimin dəyişməsini istəyirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





