Dünya

Müalicəsi olmayan ölümcül virus yayıldı

17 Fevral 2023 09:07
Baxış: 4 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerunda Marburq virusuna yoluxma halları qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstəliyə qarşı peyvənd və dərmanın olmadığı bildirilib.

Virusa yoluxan iki şəxsin Olamze kommunasında aşkar edildiyi deyilir.

Olamze Marburq virusunun yayıldığını elan edən və artıq doqquz nəfərin öldüyü Ekvatorial Qvineya ilə sərhəddədir.

Məlumata görə, Kamerundakı yoluxanlar 16 yaşlı iki gəncdir. Onlar əvvəllər Ekvatorial Qvineyada olmamış şəxslərdir. Uşaqların 42 nəfərlə təmasda olduğu müəyyən edilib.

Qeyd edək ki, Marburq virusunun inkubasiya dövrü iki gündən 21 günə qədər dəyişir. Hər şey yüksək hərarət, şiddətli başağrısı və ciddi nasazlıqlarla başlayır. Marburq Ebola ilə eyni virus ailəsinə aiddir və 88%-ə qədər ölüm nisbətinə malikdir. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş peyvənd və ya dərman yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.