Dünya

Moldovada yeni hökumət təsdiqləndi

17 Fevral 2023 08:11
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Dorn Reçanın başçılıq etdiyi ölkənin yeni hökumətini təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sələfi baş nazir Natalya Qavrilitsa fevralın 10-da istefa verdiyini açıqlayıb. Eks-baş nazirlə birlikdə bütün hökumət avtomatik olaraq istefaya yollanıb.

Deputatlar qarşısındakı çıxışında Reçan fəaliyyətindəki əsas prioritetləri qeyd edib. O, Moldovada sülh və sabitlik, iqtisadi inkişaf, Avropaya inteqrasiya, 2030-cu ilə qədər karbon neytrallığına nail olmağı başlıca hədəfləri adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.