Dünya

TBMM-nin sədri 2 aylıq maaşını da zərərçəkənlərə bağışladı

16 Fevral 2023 08:30
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlərə iki aylıq maaşını da bağışlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o,  "Türkiyə, tək ürək" ortaq yayımına qoşularaq zəlzələdən zərərçəkənlər üçün verdiyi 3 maaşdan başqa 2 maaşını daha ianə edib.

Mustafa Şentop bütün millət vəkillərinə çağırış edərək, - "maaşlarınızı bağışlayın", - deyib.

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.

Kampaniyada 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.

Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib.

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.