Dünya

Hindistan Suriyaya 23 tondan çox humanitar yardım çatdırıb

12 Fevral 2023 20:56
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yardım çatdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi tviterdə bildirib.

Suriyaya yardım Hindistanın "Dost" adlı əməliyyatı çərçivəsində həyata keçirilir.

"Dost əməliyyatının yeddinci uçuşu Suriyaya generator dəstləri, günəş lampaları, dərmanlar və digər zəruri yardım ləvazimatları göndərilib.

Son məlumatlara görə, Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb. Təbii fəlakət zamanı daha 2 200 nəfərdən çox insan yaralanıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.