Dünya

Zaxarova: Bu ölkə ilə sülh mövzusu qapandı!

11 Fevral 2023 13:16
Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna müharibəsindən dolayı tətbiq etdiyi sanksiyalar səbəbindən Yaponiya ilə sülh razılaşmasından ötən ilin martında imtina edildi.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Yaponiyanın Rusiyaya tətbiq etdiyi təktərəfli sanksiyaların düşmən təbiətindən dolayı Moskva Tokio ilə sülh razılaşması ilə bağlı görüşlərdən 2022-ci ilin martında imtina edib", - deyə o bildirib.

Xatırladaq ki, Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko da düşmən mövqe sərgiləyən ölkə ilə sülh sazişi imzalamanın müzakirə mövzusu belə olmadığını söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.