Dünya

Ukrayna aviasiyası rus ordusuna ağır zərbə vurdu

8 Fevral 2023 23:11
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son sutka ərzində Ukrayna aviasiyası rus ordusunun mövqelərinə 20-dən çox zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

"Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 21, zenit-raket komplekslərinin mövqelərinə isə üç zərbə endirib.

Atıcılarımız və raketlərimiz düşmənin iki komanda məntəqəsini, iki canlı qüvvənin cəmləşdiyi ərazini, bir sursat anbarını və bir yanacaq-sürtkü materialı anbarını vurub", - məlumatda deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.