Dünya

Kim Çen In 35 gündür ictimaiyyət qarşısında görünmür

7 Fevral 2023 18:11
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen In 36 gündür ictimaiyyət qarşısına çıxmır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkə ordusu isə soyuq havada KXDR Silahlı Qüvvələrinin yaradılmasının 75-ci ildönümünü qeyd etmək üçün böyük hərbi parada hazırlaşır.

Hərbi parad çərşənbə axşamı və ya çərşənbə günü başlayacaq. Lakin ötən bazar günü, fevralın 5-də Kim Çen In ölkənin kənd təsərrüfatının mühüm problemlərini müzakirə edən Siyasi Büro konqresini buraxıb.

Qeyd edək ki, 2014-cü ildə də Şimali Koreya lideri 40 gün ərzində ictimaiyyətin qarşısına çıxmayıb. Şayiələrə görə, o zaman ölkə lideri geniş miqyaslı mərasimə hazırlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.