Dünya

“Taliban”dan şok addım: Qızları müdafiə edən professor həbs edildi

4 Fevral 2023 21:44
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən professor İsmayıl Məşəl həbs edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, professor "Taliban"ın qızların universitetlərdə və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz edib.

37 yaşlı akademik "Taliban" tərəfindən "təxribat xarakterli hərəkətlərdə" ittiham olunub.

Şahidlərin dediyinə görə, professor həbs olunan zaman Taliban qüvvələri tərəfindən sillə və yumruq zərbələri alıb.

Keçmiş jurnalist Prof. Məşəl Kabildə jurnalistika, mühəndislik və kompüter mühəndisliyi dərsləri verən özəl universitetə ​​rəhbərlik edirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.