Dünya

"ABŞ Ukraynanın ehtiyaclarını ödəməyə çalışır"

3 Fevral 2023 07:21
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ Ukraynanın ehtiyaclarını ödəməyə, o cümlədən uzaqmənzilli raketləri təmin etməyə çalışır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Al Jazeera" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ukraynalıların öz ərazilərini qoruması üçün öz hava məkanına nəzarət etməsi olduqca vacibdir.

"The Wall Street Journal" çərşənbə günü ABŞ-ın fevralın 3-də Ukraynaya yeni hərbi yardım paketini elan edəcəyini yazıb. Qəzetin məlumatına görə, Ukraynaya verilən silahların siyahısına ilk dəfə maksimal uçuş məsafəsi 150 km-ə çatan GLSDB raketləri də daxil ediləcək. Qəzetin yazdığına görə, çəkisi təxminən 113 kq olan bu mərmi raket mühərriki ilə təchiz edilib və HIMARS reaktiv yaylım atəşi sistemindən buraxıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.