Dünya

Zaxarova: “Makronun bu açıqlaması absurddur”

1 Fevral 2023 21:40
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fransa prezidenti Emmanuel Makronun "Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq" sözləri absurddur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - Rusiya XİN sözçüsü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.