Dünya

İsveçdən etiraf: Türkiyə ilə münasibətlə soyuyub

1 Fevral 2023 08:02
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin NATO-ya daxil olması ilə bağlı məsələ Türkiyə ilə münasibətləri korlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib.

"İndi iki ölkə arasındakı münasibətlər soyuqdur. Bu da təbiidir. Amma mənə elə gəlir ki, bütün diqqətləri irəliyə yönəltmək lazımdır", - deyə XİN başçısı bidlrib.

Billström Türkiyə ilə münasibətlərin pisləşməsinin İsveçin NATO-ya üzvlüyündə əngəl olmadığını deyib.

Onun sözlərinə görə, NATO-ya qoşulma prosesində yol İsveçin razılaşmaların bir hissəsini yerinə yetirməsidir ki, bunun da bir hissəsi icra olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.