Dünya

Türkiyədə ağır avtobus qəzası baş verib

29 Yanvar 2023 10:03
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, avtobus yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qeyd edilir ki, 3 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada ölüb. Eyni zamanda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Avtobus sürücüsü polislər tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.