Dünya

Türkiyə sənaye və ticarət nazirinin avtomobil kortecində qəza baş verib

14 May 2010 09:06
Baxış: 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, qəza nəticəsində aralarında AKP (hakim Ədalət və İnkişaf Partiyası) millət vəkili Mehmet Erdoğanın da olduğu 3 nəfər xəsarət alıb. Qeyd edək ki, hadisə Türkiyənin Adıyaman vilayətində nazir və birlikdə olduğu heyət hava limanından şəhər mərkəzinə gələrkən baş verib.

Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşınları ilə Adıyaman xəstəxanasına çatdırılıb.

Adıyaman ticarət birjasının açılışından iştirak edən, daha sonra "Ziraət" palatasının təməlini qoyan nazir Nihat Ergin daha sonra xəstəxanaya gedərək yaralıların səhhəti ilə maraqlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.