BMT Quranın təhqir edilməsini qınayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davranış adlandırıb.
Milli.Az "report"a istinadən bildirir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Şamdasani İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını "alçaq hərəkət" adlandırıb və qətiyyətlə pisləyib.
"Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz", - Moratinos qeyd edib.
Ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib.
Moratinos ədalətli, sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb və etiraz aksiyası zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib. Yanvarın 24-də isə Niderlandda Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada təkbaşına keçirdiyi aksiyada Quranı cırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





