İslam dünyasından Quranın yandırılmasına reaksiya...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Şurası, eləcə də dünyanın ən böyük islam universiteti sayılan Misirin "Əl-Əzhər" İsveçin paytaxtında Qurani-Kərimin yandırılmasını pisləyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Ərəb Dövlətləri Liqasının parlamenti yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti insani və əxlaqi dəyərlərə, prinsiplərə zidd olan, müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran bu qəbuledilməz hərəkətləri pisləməyə çağırıb.
"Ərəb Dövlətləri Liqasının parlamenti dini ibadət yerlərinin təhqir olunmasını cinayət hesab edən, müsəlmanların digər dinlərin nümayəndələri ilə bərabər əsasda öz dini ayinlərini yerinə yetirmələri üçün lazımi müdafiəni təmin edən beynəlxalq qanunvericiliyin qəbul olunmasına səsləyir", - bəyanatda deyilir.
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Naif Fəlah əl-Həcrəf öz növbəsində xəbərdarlıq edib ki, bu təxribatçı hərəkət müsəlmanlara qarşı yönəlib, onların dəyərlərini təhqir edir və qorxunc səviyyəyə çatmış islamofobiya, nifrət, dözümsüzlük və ksenofobiyanın növbəti nümunəsidir. Baş katib İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və belə hərəkətlərin qarşısını almaq üçün beynəlxalq səyləri gücləndirməyə çağırıb.
Misirin Əl-Əzhər universiteti isə baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb və Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib.
Oman, Qətər, Misir, Fələstin, Livan, Əlcəzair, Mərakeş və Yəmən də ötən gün İsveçdə ifrat sağçı siyasətçinin Qurani-Kərimi yandırmasını pisləyib.
Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)





