30 il polisdən qaçdıqdan sonra həbs edilən “Cosa Nostra” mafiya başçısının gizli bunkeri tapıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyada bir müddət əvvəl həbs edilmiş Siciliya mafiya başçısı Matteo Messina Denaronun gizli bunkeri aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, 30 il polisdən gizlənən Denaro yanvarın 16-da həbs edilib.
Onun gizli bunkerinin girişi Kampobello-di-Madzara şəhərindəki evdə, paltarlar olan şkafda yerləşir. Denaronun evinin əvvəllər mafiya ilə əlaqəsinə görə mühakimə olunan, lakin 2001-ci ildə bəraət qazanan şəxsə aid olduğu güman edilir. Hazırda bunkerin imkanları tam olaraq məlum deyil.
Müstəntiqlərin sözlərinə görə, həmçinin zümrüd, brilyant və digər qiymətli daşlar da aşkarlanıb. Eyni zamanda ekspertlər 2017-ci ildə vəfat edən əsas mafiya başçısı Toto Riinanın sənədlərinin olduğu gizli arxivi axtarırdılar.
Mənbələrin bildirdiyinə görə, qiymətli kağızlar Denaro tərəfindən oğurlanıb və cinayətkar dəstənin son 40 il ərzində törətdiyi qətllərin sirlərini ehtiva edir.
Prokurorların fikrincə, Denaronun Siciliya mafiyasının törətdiyi ən dəhşətli cinayətlərdən bəziləri haqqında məlumatı var. 1992-ci ildə mafiyaya qarşı mübarizə üzrə hakimlər Covanni Falkone və Paolo Borsellinonun ölümü ilə nəticələnən partlayışlar da bu sıraya daxildir. Eləcə də Denaronun 1996-cı ildə mafiya başçısının 12 yaşlı oğlu Cüzeppe Di Matteonun qətlindən də məlumatlı olduğu bildirilir. 12 yaşlı Cüzeppe Di Matteo cinayətin şahidi olduğu üçün boğularaq öldürülüb və cəsədi turşuda əridilib.
Məlum olduğu kimi, Denaro onlarla insanı şəxsən öldürməkdə və ya qətlinə sifariş verməkdə təqsirli bilinərək qiyabi şəkildə ömürlük həbs cəzasına məhkum edilib. Onun atası "Cosa Nostra" mafiyasının başçısı olub. Denaro öz növbəsində ailə biznesini ələ keçirib, həmçinin tullantıların idarə edilməsi, külək enerjisi və ticarət üzrə milyardlar gətirən qeyri-qanuni imperiya qurub.
Eyni zamanda İtaliya mafiya başçıları evlərinin altında qaçış tunelləri yaratmaqla tanınırlar. Onlar dağlarda bunkerlər tikirlər ki, bu bunkerlərə ancaq piyada getmək mümkündür, həmçinin də qaçmalı və gizlənməli olduqları hallar üçün meşədə sığınacaqlar qururlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
XƏBƏR LENTİ
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)





