Dünya

Zelenski: “Putinin sağ olduğuna əmin deyiləm”

19 Yanvar 2023 13:00
Baxış: 1 952
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.

O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir: "Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur".

Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır: "Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.