Dünya

NASA mühəndislərindən ağlasığmaz təklif: Ayda oksigen istehsalı - FOTO

19 Yanvar 2023 08:24
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA mühəndisləri maraqlı layihə hazırlayıblar. Belə ki, onlar Ayda "oksigen boru kəməri" çəkməyi təklif edirlər.

Elm adamları Yerin təbii peykində gələcək koloniyanı həyat verən qazla təmin etmək üçün belə bir ideya ilə çıxış ediblər.

Layihəyə əsasən boru xətti Ayda böyük su buzu ehtiyatlarının aşkar olunduğu Cənub qütbündən çəkiləcək.

Oksigenin elektrolizdən istifadə etməklə istehsalı planlaşdırılır: elektrik cərəyanı sudan keçərək onu hidrogen və oksigenə parçalayacaq.

Layihə uzunluğu 5 kilometrə qədər olan boru kəmərinin tikintisini nəzərdə tutur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.