Dünya

Kiyevdə helikopter qəzasında ölənlərin sayı 18 nəfərə çatdı, 26 yaralı var - VİDEO - FOTO - YENİLƏNİB

18 Yanvar 2023 12:32
Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:32

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı 18 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

----------
12:23

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı 16 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, Ukrayna polisinin yaydığı məlumata görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilib.

Helikopterdə 9 nəfər olub. Ölənlər arasında daxili işlər naziri, onun birinci müavini və DİN-in dövlət katibi də var.

---------
11:54

Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.

Milli.Az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, qəzadan sonra bağçanın binasında yanğın baş verib. 

Hadisə nəticəsində 5 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

Qəza zamanı binada uşaqlar və müəllimlərin olduğu bildirilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.