Dünya

İngiltərədə on minlərlə tibb bacısı tətil edəcək

17 Yanvar 2023 08:57
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə on minlərlə tibb bacısı hökumətin maaşları artırması üçün fevral ayında tətil edəcək.

Bu barədə Krallığın Tibb Bacısı üzrə Kolleci ("Royal College of Nursing", RCN) qərar verib.

Həmkarlar İttifaqının bəyanatında qeyd olunur ki, tətillər fevralın 6 və 7-nə planlaşdırılıb və hər bir halda 12 saat davam edəcək. Onlar tibb bacılarının 106 illik mövcudluğunda ilk dəfə işə gəlmədiyi ötən ilin dekabrındakı tətillərdən daha böyük olacaq.

Əgər o zaman aksiyalarda İngiltərənin Milli Səhiyyə Xidmətinin ("National Health Service", NHS) 55 assosiasiyasının nümayəndələri iştirak edirdisə, indi onların sayı 73-ə yüksələcək. Etirazlara Uelsin 12 NHS assosiasiyasının əməkdaşları da qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.