Dünya

Konqoda kilsədə dəhşətli terror: 12 nəfər ölüb, 50-ya yaxın insan yaralanıb

16 Yanvar 2023 12:33
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konqo Demokratik Respublikasının şimal-şərqində kilsədə baş verən partlayışda azı 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş kilsədəki partlayışı qətiyyətlə pisləyib və BMT-nin ölkənin şərqinə sülh və sabitlik gətirmək səylərində Konqonu dəstəkləməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, dünən Konqonun Şimali Kivu əyalətinin Kasindi şəhərində kilsədə həftəsonu ibadət mərasimi zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə güclü partlayış baş verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.