Dünya

“WhatsApp”dan istifadə etdiyinə görə asacaqlar

16 Yanvar 2023 19:51
Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən "Twitter" və "WhatsApp"dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb.

Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) "Twitter" hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə professorun "WhatsApp" söhbətində iştirakını etiraf etdiyi də bildirilir. O, həmçinin "Telegram" hesabı yaratmaqda da ittiham olunub.

Bununla yanaşı, Səudiyyə hökuməti və dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən "Twitter" və "Disney" kimi şirkətlərdə paylarını artırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.