Dünya

Somalidə partlayışlar olub: Ölənlər və xəsarət alanlar var

15 Yanvar 2023 21:13
Baxış: 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Somalinin Hiran əyalətində baş verən partlayışlar nəticəsində azı 15 nəfər ölüb.

Bu barədə "Somali Guardian" məlumat yayıb.

Cəlaləksi şəhərində bomba yüklü avtomobilin şəhər polis binası yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində partladılması nəticəsində 4 nəfər həlak olub. Bulobard şəhərində də partlayış baş verib, 11 nəfər ölüb, 52 nəfər yaralanıb.

Hər iki hadisəyə görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.