Dünya

Yunanıstan Türkiyə ilə sərhəd boyu hasar çəkəcək

7 Yanvar 2023 22:04
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunluğu boyu hasar çəkəcək.

Bu barədə ölkənin mülki müdafiə naziri Takis Teodorikakos bildirib.

"Xarici işlər və müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca, yəni Yunanıstan və Avropanın Türkiyə ilə sərhədlərində hasar çəkmək barədə qərar qəbul edib. Mülki Müdafiə Nazirliyi bu qərarı həyata keçirməyə borcludur. Onun ümumi uzunluğu 140 km-dir", - deyə o qeyd edib.

Teodorikakos hasarın ilk 35 km-nin tikintisinə dərhal başlanacağını vurğulayıb. Bunun üçün Yunanıstan hökumətinin 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.