Dünya

Rusiyanın Ukraynada itkilərinin sayı 110 mini ötüb

6 Yanvar 2023 12:54
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 110 250 hərbçisini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 064 tank, 6 124 zirehli maşın, 1 792 operativ-taktiki PUA, 2059 artilleriya sistemi, 431 reaktiv yaylım atəşi sistemi, 215 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 16 gəmi, 272 helikopter, 723 qanadlı raket, 4 797 avtomobil və tanker, 182 xüsusi texnikadan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.