ABŞ yaxın günlərdə və ya həftələrdə Ukraynaya yeni silahlar göndərməyi planlaşdırır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, son bir neçə həftə Ukraynanın şərqində döyüşlər xüsusilə şiddətli olub:
"Vaşinqton hesab edir ki, hərbi əməliyyatlar uzun müddət davam edəcək, bu baxımdan Kiyev təhlükəsizlik sahəsində yardım almağa davam edəcək".
Milli.Az